Hər müraciət görünür
Mesajlar və şərhlər ayrı tətbiqlərdə itmir. Cavab gözləyənlər komandanın qarşısındadır.
Instagram, WhatsApp, Facebook + CRM
Müştəri Instagram-dan yazır, WhatsApp-da davam edir, sonra zəng edir. SocialSoft bütün bu söhbətləri komandanızın idarə edə bildiyi bir müştəri sisteminə gətirir.
Sizin brendiniz. Sizin serveriniz. Sizin müştəri bazanız.
Bir kanal seçin, müraciətin necə göründüyünə baxın.Məhsul nümunəsi · real müştəri məlumatı deyil
SocialSoft ilə işləyən komandalar
Mesajlar və şərhlər ayrı tətbiqlərdə itmir. Cavab gözləyənlər komandanın qarşısındadır.
Söhbətlər mütəxəssislər arasında bölünür. Müştəri ilə kimin işlədiyi aydın olur.
Satış mərhələsi, tapşırıq və xatırlatma eyni müştəri ilə bağlı qalır.
Müştəriyə cavab vermək, növbəti addımı planlamaq və nəticəni izləmək üçün ayrı sistemlərə keçməyin.
Mesajlar, şərhlər, zəng tarixçəsi və məsul şəxs müştəri kartında birləşir. Cavab verəndə söhbətin əvvəlini yenidən axtarmağa ehtiyac qalmır.
Mərhələləri öz işinizə uyğun qurun. Müştərini növbəti mərhələyə keçirin, tapşırığı və görüşü onun kartından planlayın.
Cavab müddətini, müraciət mənbələrini və satış mərhələlərini izləyin. Günün yekununda komandanın gördüyü işi müqayisə edin.
Göstəricilər yalnız dizayn nümunəsidir.
Məhsul nümunəsi · real müştəri məlumatı deyil
Bir əsas iş prinsipi: müştəri ilə bağlı olan hər şey əlaqəli qalsın.
Telefon inteqrasiyası ilə zəngləri və mövcud səs yazılarını müştəri kartında izləyin.
Geri dönüşü, görüşü və son tarixi planlayın. Komanda nə vaxt nə etməli olduğunu görsün.
AI ilkin ünsiyyəti aparsın, öz işini tamamladıqdan sonra operator söhbəti davam etdirsin.
Instagram və Facebook şərhlərinə cavab verin, müraciətləri müştəri işi kimi izləyin.
Müştəri qruplarına SMS göndərin, göndəriş və çatdırılma statuslarını izləyin. SMS provayderi ayrıca qoşulur.
Rolları və icazələri təyin edin. Mütəxəssislər özlərinə aid işi, rəhbərlər ümumi nəticəni görsün.
AI ilkin ünsiyyəti şirkətinizin adından aparır. Öz işini tamamladıqdan sonra söhbəti operatora ötürür.
Xidmətlər, qiymətlər və iş qaydaları sizin təqdim etdiyiniz məzmuna əsaslanır.
Cavablar şirkətinizin adından göndərilir. Müştəriyə AI ilə danışdığı barədə ayrıca bildiriş və ya AI etiketi göstərilmir.
AI ilkin sualları cavablandırıb lazımi məlumatları toplayır. Öz işini tamamladıqdan sonra operator söhbəti eyni tarixçə ilə davam etdirir.
AI cavablarını işə başlamazdan əvvəl yoxlamaq və məlumatları aktual saxlamaq vacibdir.
Ötürülmə statusu yalnız CRM-də görünür. Məhsul nümunəsi · real müştəri məlumatı deyil
Hər şirkət üçün ayrıca quraşdırma. Loqonuz, rəngləriniz və öz domeninizlə işləyən sistem.
Müştəri məlumatları digər şirkətlərin bazası ilə qarışmır.
Komandada kimin nəyi görə və dəyişə biləcəyini siz təyin edirsiniz.
Sistem komandanıza öz şirkətinizin məhsulu kimi görünür.
Əvvəlcə işinizi anlayırıq, sonra sistemi ona uyğun qururuq.
Kanallar, komanda, satış mərhələləri və mövcud məlumat bazasına birlikdə baxırıq.
Server, domen və brend görünüşünü hazırlayırıq. Uyğun hesabları və inteqrasiyaları qoşuruq.
Məlumatların köçürülməsini və əsas iş axınlarını yoxlayırıq, komandanıza sistemi göstəririk.
Komandanızın ölçüsü, kanallar və lazım olan inteqrasiyalara uyğun təklif hazırlayırıq. Server və xarici xidmətlərə aid xərcləri də əvvəlcədən dəqiqləşdiririk.
Bəli, hesablar sizin adınıza qalır. WhatsApp nömrəsinin və Meta biznes hesablarının qoşulma imkanını mövcud vəziyyətinə görə yoxlayırıq.
CSV faylı ilə müştəri bazasını köçürmək mümkündür. Əvvəlcə məlumatların quruluşuna baxırıq və sahələri uyğunlaşdırırıq.
Xeyr. CRM-i AI olmadan da istifadə edə bilərsiniz. AI-ni ümumi, kanal və söhbət səviyyəsində idarə etmək mümkündür.
Mövcud telefon sisteminin zəng qeydlərini və inteqrasiya imkanlarını yoxlayırıq. Uyğunluq təsdiqlənəndən sonra qoşulmanı planlayırıq.
Mesajın necə daxil olduğunu, müştəri kartını, satış mərhələlərini və komandanın iş bölgüsünü göstəririk. Sizin iş axınınız və qoşulma ehtiyaclarınız barədə danışırıq.
Hansı kanallardan müraciət aldığınızı və komandanızın necə işlədiyini danışın. SocialSoft-u həmin iş axını üzərində göstərək.
Birbaşa SocialSoft komandası ilə danışacaqsınız.